Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı

4-02-2020, 20:30
Oxunub: 70
Bu qərar Çində koronavirusun yayılması ilə əlaqədar qəbul edilib


Cənubi Koreyada avtomobil və texnika istehsalçıları zavodlarda işləri dayandırır.

Bu qərar Çində koronavirusun yayılması ilə əlaqədar qəbul edilib.

Qeyd olunub ki, Çində sənaye müəssisələrinin işinin dayanması ilə əlaqədar avtomobil hissələrinin ixracı kəskin azalıb.

Cənubi Koreyanın “Hyundai Motor Group” şirkəti ölkə ərazisindəki bütün zavodlarında istehsalı dayandırır. Əksər zavodların fevralın 11-dək işləməyəcəyi deyilir.

“SsangYong Motor” şirkəti fevralın 12-dək Phöntek şəhərindəki zavodunda istehsal prosesini dayandırır.
 
“KIA Motors” öz növbəsində istehsal tempini azaltdığını elan edib.

Bundan başqa, “Samsung Electronics”, “LG Display” və digər texnika şirkətləri Çindəki zavodlarda fevralın 9-dək işlərin bərpa olunmayacağını elan edib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti