Çin koronavirusa görə ABŞ-i ittiham edib

3-02-2020, 15:35
Oxunub: 79
Bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçirdiyi brifinqdə səsləndirib.


Çin ABŞ-ı əsassız yerə təşviş yaratmaqda ittiham edib.

Bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçirdiyi brifinqdə səsləndirib.

“Epidemiya başlayandan bir çox ölkələr Çinə yardım və dəstək olub. Biz həmin dövlətlərə minnətdarıq. Ancaq ABŞ nəinki Çinə əhəmiyyətli yardım göstərib, əksinə, ən birinci bu ölkə Uhandan konsulluq əməkdaşlarını evakuasiya edib, ilk növbədə onlar səfirlik nümayəndələrinin bir hissəsini çıxartmaq niyyətlərini açıqlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının Çinlə gediş-gəliş və ticarətin dayandırılmasını tətbiq etməmək barədə tövsiyəsinə baxmayaraq, ən birinci onlar Çin vətəndaşlarını ABŞ-a buraxmamağı bəyan ediblər”, - o qeyd edib.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i ötüb.   (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti