Ərdoğan: "Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır"

27-01-2020, 22:00
Oxunub: 132
Onun sözlərinə görə, Haftar "Liviyada çox pis hərəkətlər" edir və Ankarada onun addımlarını izləyirlər


“Liviyanın qanunsuz silahlı birləşmələrinin lideri Xəlifə Haftar bu ölkədə atəşkəs rejiminin pozulmasında məsuliyyət daşıyır”.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Əlcəzairdən Qambiyaya qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Moskvada olduğu kimi Berlində də danışıqlardan qaçan Haftar atəşkəs rejimini pozur. Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Haftar "Liviyada çox pis hərəkətlər" edir və Ankarada onun addımlarını izləyirlər.

Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara (Liviyada vəziyyətin yaxşılaşması üçün) təşəbbüslərini davam etdirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti