Roma Papası koronavirusla uğurlu mübarizə üçün dua edəcək

26-01-2020, 18:13
Oxunub: 151
Ropa Papası bunu bu gün Vatikanda Müqəddəs Petr meydanında katoliklərə ənənəvi bazar günü müraciətində bildirib


Roma Papası Fransisk yeni tip koronavirusa yoluxan insanlar və bu xəstəliklə uğurla mübarizə aparılması üçün dua edəcək.

Ropa Papası bunu bu gün Vatikanda Müqəddəs Petr meydanında katoliklərə ənənəvi bazar günü müraciətində bildirib.

Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə  Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər. Son məlumatlara əsasən, Çində 1975 nəfər kornavirusa yoluxub, 56 nəfər ölüb. Artıq Honkonq, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da bu virusa yoluxanlar aşkarlanıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti