Tailandda koronavirusa yoluxanların sayı artıb

26-01-2020, 15:10
Oxunub: 139
Yerli Səhiyyə Nazirliyinin açıqlamasına görə, xəstəlik daşıyıcılarından dördü artıq sağalıb və evə buraxılıblar.


Tailandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 7 nəfərə çatıb.

Bu barədə “Bangkok Post” qəzetinin internet versiyası məlumat yayıb.

Qəzet təfərrüatlara toxunmayıb, yalnız rəqəmləri açıqlayıb. Bundan əvvəl 5 yoluxma halının qeydə alındığı deyilirdi. Onlardan dördü Çindən olan turist, biri isə yeni ildən əvvəl Çinin Uhan şəhərini ziyarət edən tailandlı idi.

Yerli Səhiyyə Nazirliyinin açıqlamasına görə, xəstəlik daşıyıcılarından dördü artıq sağalıb və evə buraxılıblar. (APA)
 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti