Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya çatıb

26-01-2020, 17:11
Oxunub: 135
Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır.


Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya çatıb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Bununla da tələbələr də daxil olmaqla, digər Azərbaycan vətəndaşlarını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enib.  

***

Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır. 

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edirlər və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib.

***

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti