"Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalanmayıb"

25-01-2020, 17:00
Oxunub: 68
A.Çesnakovun sözlərinə görə, Surkov vəzifəsini Ukrayna istiqamətində kursun dəyişməsinə görə tərk edib


Rusiya prezidenti Vladimir Putin Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalamayıb.

“Report” “Exo Moskvı”ya istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin sözçüsü Dmitri Peskov məlumat verib. 

*** 
Rusiya prezidenti Vladimir Putinin köməkçisi, Kremlin “boz kardinal”ı sayılan Vladislav Surkov dövlət qulluğundan istefa verib.

“Report” “Meduza”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Surkova yaxın olan Siyasi Konyektur Mərkəzinin direktoru Aleksey Çesnakov verib.

Mərkəzin direktoru Vladislav Surkovun yaxın ayda meditasiya ilə məşğul olacağını, sonra isə qərarının səbəbini açıqlayacağını bildirib.

A.Çesnakovun sözlərinə görə, Surkov vəzifəsini Ukrayna istiqamətində kursun dəyişməsinə görə tərk edib.

“Exo Moskvı” qəzetinin baş redaktoru Aleksey Venediktov isə bildirib ki, Prezident Administrasiyasında Ukrayna məsələsinə Surkovun yerinə keçmiş baş nazir müavini Dmitri Kozak baxacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti