Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib

25-01-2020, 13:30
Oxunub: 60
Faktla bağlı cinayət işi başlanıb.


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.

Yanvarın 24-də təqribən saat 06:55 radələrində hələlik müəyyən olunmayan şəraitdə iki sıravi əsgər güllə yarası alıb.

Məsələyə aydınlıq gətirən Ermənistanın müdafiə naziri David Tonoyan əsgərlərdən birinin - 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryanın öz-özünü vurduğunu, başqa sözlə, intihara cəhd etdiyini vurğulayıb. O əlavə edib ki, Zakaryan başından, 2000-ci il təvəllüdlü Armen Mesropyan isə sağ əlindən güllə yarası: “Zakaryanın durumu ağırdır. O, Yerevana göndəriləcək”.

Faktla bağlı cinayət işi başlanıb.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti