Sabahın hava proqnozu açıqlandı

25-01-2020, 13:15
Oxunub: 64
Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq


anvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti