Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılır

24-01-2020, 13:11
Oxunub: 56
Axtarış XİX tərəfdən araşdırılan cinayət işinin tərkib hissəsi olaraq həyata keçirilir.


Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) əməkdaşları Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın evində axtarış aparır.

Axtarış XİX tərəfdən araşdırılan cinayət işinin tərkib hissəsi olaraq həyata keçirilir.

Qeyd olunur ki, Q.Tovmasyana qarşı iki cinayət işi açılıb. Belə ki, o, 2019-cu ilin oktyabrında parlament keçmiş sədri Ara Babloyanla birlikdə hakimiyyəti ələ keçirməkdə ittiham edilir. Söhbət Q.Tovmasyanın 2018-ci ilin martında Konstitusiya Məhkəməsinə sədr seçilməsində yol verilən qanun pozuntularından gedir.

2019-cu ilin dekabr ayında isə Q.Tovmasyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilib. İstintaqın məlumatına görə, o, hələ ədliyyə naziri olarkən Yerevanın mərkəzində notariusların ofislərini “əlindən alıb”, sonra da onları bu məkanları kirayələməyə məcbur edib. Q.Tovmasyana qarşı qətiimkan tədbiri kimi olduğu yerdən ayrılmamaq barədə qərar qəbul edilib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti