Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

24-01-2020, 11:46
Oxunub: 55
Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraitinin dəyişdiyini deyib.

Onun sözlərinə görə, Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə (Ordubad), Qrızda 1 mm qar yağıb.

U.Tağıyeva qeyd edib ki, Nabran, Şabranda 2, Bakıda və Abşeron yarımadasında - Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti