MSK sədri sosial şəbəkələrlə bağlı namizədlərə müraciət edib

23-01-2020, 16:00
Oxunub: 59
O, namizədləri qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deputatlığa namizədlərə müraciət edib.

O, namizədləri qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb.

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”, - MSK sədri əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti