Avropanın avtomobil bazarında azalma gözlənilir

23-01-2020, 19:30
Oxunub: 70
Xatırladaq ki, ötən il qitənin avtomobil bazarında satış 1,2%, təkcə dekabrda isə 21,7% artıb, il ərzində 15,3 milyon avtomobil satılıb


Bu il Avropada yeni avtomobillərin satışı son 7 ildə ilk dəfə 2% azalacaq.

Bu proqnozla Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA – Association des Constracteurs Europeens d’Automobiles) ekspertləri çıxış edib. 

Onların fikrincə, azalmaya səbəb Avropa İttifaqında zərərli tullantılara dair tələblərin sərtləşdirilməsi, ekoloji təmiz nəqliyyatın daha geniş tətbiqidir. 

Xatırladaq ki, ötən il qitənin avtomobil bazarında satış 1,2%, təkcə dekabrda isə 21,7% artıb, il ərzində 15,3 milyon avtomobil satılıb.

“Sənayemizin ekoloji avtomobillərə sərmayələrini getdikcə artırdığı bir vaxtda bütövlükdə avtomobil bazarı nəinki Avropa İttifaqında, bütün dünyada azalmalıdır”, - deyə ACEA prezidenti, “Fiat Chrysler Automobiles”in baş direktoru Maykl Manli fikrini bildirib. (ReporT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti