ABŞ-da vergilər azaldıla bilər

23-01-2020, 22:10
Oxunub: 102
Bu barədə Dünya İqtisadi Forumunda iştirak edən ölkənin maliyyə naziri Steven Mnuçin müsahibəsində bildirib.


ABŞ hökuməti dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başlayıb.

Bu barədə Dünya İqtisadi Forumunda iştirak edən ölkənin maliyyə naziri Steven Mnuçin müsahibəsində bildirib.

“Prezident Donald Tramp vergi ixtisarlarının ikinci mərhələsi dediyimiz məsələ ilə məşğul olmağımızı tapşırıb. Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək, həmçinin iqtisadi artımı təşviq etməyin başqa yollarını da nəzərdən keçiririk”, - Ağ Ev rəsmisi qeyd edib.

Prezident seçkilərinin keçiriləcəyi bu il vergilərin azaldıla biləcəyi barədə fikirlər ötən il 1 trilyon dollar həddini aşan büdcə kəsiri ilə üst-üstə düşür. Belə ki, ABŞ-ın məcmu dövlət borcu hazırda 23 trilyon dollar həddini keçib. (ReporT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti