Tramp Vaşinqtonda Netanyahu ilə görüşəcək

23-01-2020, 23:40
Oxunub: 189
Bu barədə Ağ Ev məlumat yayıb.


İsrailin baş naziri Binyamin Netanyahu və ölkə müxalifətinin lideri, "Kahol-Lavan" blokunun rəhbəri Beni Hans ABŞ-a səfər edəcəklər.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, İsrailin hökumət başçısı və müxalifət rəhbəri Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəklər. Ağ Ev rəhbəri həmçinin Netanyahunun siyasi rəqibi "Kahol-Lavan" blokunun lideri Beni Hansı da qəbul edəcək.

"ABŞ prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Hans da həmçinin prezidentin Vaşinqtona səfər təklifini qəbul edib. ABŞ və İsraili sıx əməkdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək imkanlarıdır", - deyə Ağ Evin xəbərində bildirilir. (Report) 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti