"Facebook" və "Google"nin işində nazaslıq yaranıb

24-01-2020, 09:30
Oxunub: 70
Dünyanın bir sıra ölkələrində habelə "Google” şirkətinin də fəaliyyətində problemlər müşahidə edilir.


Dünyanın bir sıra ölkələrində “Facebook” sosial şəbəkəsinin işində problem yaranıb.

Bu barədə aparıcı internet resurslarının işini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, sosial şəbəkənin işindən ən çox ABŞ, Latın Amerikası ölkələri, Avstraliya, həmçinin Avropa dövlətlərinin, o cümlədən Fransa, Polşa, Yunanıstan, İspaniyanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Dünyanın bir sıra ölkələrində habelə "Google” şirkətinin də fəaliyyətində problemlər müşahidə edilir. 

“Downdetector” saytının yaydığı məlumata görə, “Google”, “YouTube” videohostinqinin, həmçinin “Gmail” servisinin işində nazaslıqlar müşahidə edilir. Bir çoxları “YouTube”da videoçarxları izləyə bilməmələrindən, “Gmail” istifadəçiləri isə öz akkauntlarına daxil olmaqda çətinlik çəkmələrindən şikayətlənirlər. Bura ABŞ, Avropa və Latın Amerikası ölkələri daxildir. Rusiyanın bir sıra ərazilərində də istifadəçilər internet resurslarından istifadədə çətinliklərlə qarşılaşıblar. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti