Xəzərin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır

23-01-2020, 18:20
Oxunub: 62
Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək


AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.

AMEA-dan verilən məlumata görə, 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları AMEA-nın Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpellier universitetləridir.

Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.

Elmi-tədqiqat işi çərçivəsində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri AR Fövqəladə Hallar, AR Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədilə istifadə oluna biləcək.

Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti