Gürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

23-01-2020, 12:15
Oxunub: 68
Gürcüstan MSK Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan MSK-dan fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı dəvət alıb.

Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze deyib.

Onun sözlərinə görə, Gürcüstan MSK Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: “Nümayəndə heyətində komissiyanın sədr müavini Giorgi Şarabidze və katibi Giorgi Cavaxişvili təmsil olunacaqlar. Heyətə komissiyanın digər əməkdaşlarının da əlavə olunacağı nəzərdə tutulub”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti