MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

21-01-2020, 15:15
Oxunub: 75
Kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.


Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.

Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti