Azərbaycan ötən il Gürcüstana ən çox turist göndərən ölkə olub

21-01-2020, 14:40
Oxunub: 76
“Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.


019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 12% artaraq 2 015 435 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik hesabatında deyilir.

Bu göstərici ilə Azərbaycan hesabat ilində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. 2018-ci ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 1 807 185 nəfər təşkil edib.

Hesabat dövründə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə 1 988 986 dəfə giriş, 1 989 109 dəfə çıxış qeyd alınıb. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.

Ümumilikdə, ötən il Gürcüstan ərazisinə 9 024 392 xarici ölkə vətəndaşlarının girişi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 8,4% çoxdur. Ölkə ərazisində 24 saatdan çox qalanların sayı isə əvvəlki illə müqayisədə 6,6% artaraq 4 392 284 nəfərə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti