"İnterpol"un sabiq rəhbəri 13 il 6 ay  azadlıqdan məhrum edilib

21-01-2020, 11:36
Oxunub: 76
Qərardan apelyasiya şikayəti verilməyib.


Rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveya Çində məhkəmənin qərarı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qərardan apelyasiya şikayəti verilməyib.
 
Qeyd edək ki, 2018-ci il sentyabrın 29-dan sonra Çində olan M. Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M. Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M. Xunveya ötən il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib. “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı  mayın 2-də Fransada siyasi sığınacaq alıb.
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti