Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

21-01-2020, 13:58
Oxunub: 81
Yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis avtomobil nəqliyyatını ciddi yoxlamağa başlayıb.


Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.

Yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis avtomobil nəqliyyatını ciddi yoxlamağa başlayıb.

Sözügedən xəstəliyin virusunun yayılmağa başladığı Vuhan şəhərində hələ ötən həftədən dəmir yolu stansiyalarında, avtovağzallarda istilik detektorları quraşdırılıb, xəstəxanalarda yoluxanlar üçün ayrıca 800 çarpayı ayrılıb. Bazar günündən xaricə getməyə hazırlaşanların ciddi müayinəsinə başlanılıb.

Qeyd edək ki, hazırda Çində yeni virusla yoluxanların sayı 224 nəfərdir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti