Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

20-01-2020, 15:36
Oxunub: 88
Bu, 2018-ci illə müqayisədə 471,14 milyon dollar və yaxud 18,5% çoxdur


2019-cu ildə Azərbaycan və Rusiya arasında ümumi dəyəri 3 022,046 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Bu, 2018-ci illə  müqayisədə 471,14 milyon dollar və yaxud 18,5% çoxdur.

Ötən il iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi ümumi xarici ticarətin 9,1%-nə bərabər olub.

Hesabat dövründə Azərbaycanın Rusiyaya icracının dəyəri 731,826 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 66,085 milyon dollar və yaxud 9,9% çoxdur.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 2 290,22 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 405,055 milyon dollar və yaxud 21,5% çoxdur.

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,7%-nə, idxaldakı payı isə ümumi idxalın 16,8%-nə bərabərdir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti