Çində yeni pnevmoniyaya yoluxanların sayı artıb, 3 nəfər ölüb

20-01-2020, 14:04
Oxunub: 142
ğSəhiyyə üzrə bələdiyyə komitəsi bildirib ki, virusa yoluxanların ümumi sayı 198 nəfərə çatıb.


Çinin Uhan şəhərində 2019-nCoV virusunun səbəb olduğu yeni pnevmoniyadan ölənlərin sayı 3 nəfərə çatıb.

ğSəhiyyə üzrə bələdiyyə komitəsi bildirib ki, virusa yoluxanların ümumi sayı 198 nəfərə çatıb.

Həkimlərin sözlərinə görə, yanvarın 18-də xəstəliyə 59 yeni yoluxma hadisəsi və 1 ölüm qeydə alınıb. Yanvarın 19-da 77 yeni yoluxma hadisəsi müəyyən olunub.

Bildirilir ki, xəstələnən 66 kişi və 70 qadın arasında - ən kiçik xəstənin yaşı 25, böyüyün yaşı 89-dur. Xəstəliyin ilk əlamətləri temperaturun yüksəlməsi, öskürəkdir.

"Yanvarın 19-da Uhan şəhərində yeni növ pnevmoniyaya 198 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 25-i artıq xəstəxanadan evə buraxılıb, 3 nəfər ölüb, 170 nəfər tibb müəssisəsində müalicədədir. 35 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 8 xəstə kritik vəziyyətdədir, 126 pasiyentdə xəstəliyin yüngül forması müşahidə olunur", - komitənin bəyanatında deyilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti