Londonda hücum zamanı 3 nəfər öldürülüb

20-01-2020, 08:20
Oxunub: 73
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb


Britaniyanın paytaxtı Londonun şimal-şərqində baş vermiş hücum zamanı 3 nəfər həlak olub.

Bu barədə Skotlend-Yardın saytında dərc edilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, bazar günü axşam saatlarında polisə şəhərin şimal-şərq rayonlarından birində ictimai asayişin pozulması barədə şikayət daxil olub. Hadisə yerinə gələn polis bıçaq xəsarətləri ilə öldürülən 20-30 yaşlarında üç kişinin meyitini aşkarlayıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Cinayətkar hələ saxlanılmayıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti