Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu ötən il 33% azalıb

20-01-2020, 13:35
Oxunub: 84
2018-ci ildə bu göstərici 1 094 776,5 min dollar təşkil edib.


Ötən il Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 1 057 839,6 min ABŞ dolları təşkil edib ki, bu 2018-ci illə müqayisədə 3,4% və ya 36 936,9 min dollar azdır.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

2018-ci ildə bu göstərici 1 094 776,5 min dollar təşkil edib.

Hesabat ilində Gürcüstan Azərbaycandan 559 130,2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 5,7% azalıb.

Gürcüstanın Azərbaycana ixracı isə 498 709,4 min dollar təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 60 420,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 33,4% azalıb. Ötən il mənfi saldo 90 691,7 min dollara bərabər olub. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti