İranın Xarici İşlər naziri Davos İqtisadi Forumunda iştirakdan imtina edib

20-01-2020, 12:13
Oxunub: 78
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"İranın Xarici İşlər nazirinin Davosdakı iqtisadi forumda iştirak etmək üçün İsveçrəyə səfəri planlaşdırıldı. Lakin rəsmi dəvətə baxmayaraq, nazir proqramın gündəliyini dəyişdirib və bu səbəbdən Davosa səfər baş tutmayacaq", - deyə A. Musəvi qeyd edib.

A. Musəvi M. C. Zərifin Davos səfərindən imtina etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, yanvarın 21-24-də Davosda yubiley, 50-ci Dünya İqtisadi Forumu keçiriləcək. Tədbirin iş proqramında 600-dən çox məruzəçinin iştirak edəcəyi 400-ə yaxın iclas yer alıb.(APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti