Naməlum koronavirus Cənubi Koreyaya da çatdı

20-01-2020, 09:43
Oxunub: 155
Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib


Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

Bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.

Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti