Azərbaycanda "WhatsApp" çökdü

19-01-2020, 21:47
Oxunub: 65
Proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə də qəbul etmək mümkündür


Azərbaycanda sosial şəbəkə istifadəçiləri bir saatdan artıqdır ki, "WhatsApp"ın işindən narazılıq edir.

Proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə də qəbul etmək mümkündür.

Şirkətdən müəyyən problemlərin olduğu təsdiqlənib və xidmətin yenidən nə zaman aktivləşəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "WhatsApp" smartfonlar üçün nəzərdə tutulub və mətn, foto, video və audio şəkildə informasiya paylaşmaq imkanı verir, son illərdə isə bu tətbiqlə zəng etmək də aktivləşdirilib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti