Berlində Ərdoğanla Putinin görüşü başlayıb

19-01-2020, 21:44
Oxunub: 72
Tədbirə münaqişədə olan iki tərəfdən başqa digər ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər


Rusiya Prezidenti Vladimir Putinin Berlində Liviya ilə bağlı beynəlxalq toplantı başlamazdan əvvəl Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti