İran Ukrayna təyyarəsinin “qara qutu”larını xaricə göndərməyib

19-01-2020, 17:18
Oxunub: 62
Bunu İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar açıqlayıb


İran Tehran üzərində raketlə vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”larını oxunması üçün xaricə göndərmək barədə qərar qəbul etməyib.

Bunu İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar açıqlayıb.

Onun sözlərinə görə, İran müstəqil olaraq Ukrayna təyyarəsinin bort qeydiyyatçılarının şifrəsini açır və hələlik rəsmi Tehran onların xaricə göndərilməsi ilə bağlı son qərar verməyib.

“İran mütəxəssisləri hazırda qəzaya uğrayan Ukrayna təyyarəsinin “qara qutu”larını araşdırırlar. İndiyədək onları başqa ölkəyə göndərmək barədə qərar qəbul edilməyib”. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti