MSK sədri: "Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək"

17-01-2020, 16:10
Oxunub: 29
MSK sədri Məzahir Pənahov bildirib ki, əmlakı barədə düzgün məlumat göstərməyən namizədə kömək etmək mümkün deyil


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

İclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədikləri üçün qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərməyən namizədə kömək etmək mümkün deyil: “Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də, əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.
M. Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti