Bu ilin ortalarında "Xətai" metro stansiyasında qatarların ikitərəfli hərəkəti təşkil olunacaq

17-01-2020, 17:40
Oxunub: 29
Bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib


"Metronun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq".

Bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda metronun "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılmasına başlanılıb. 

"Bu məqsədlə köhnə stansiya yolu sökülür. "Xətai" stansiyasının bir yolunda olduğu kimi, burada da dəmir beton bloklarından istifadə olunacaq. İşlər başa çatdırılandan sonra yol yatağı yeni infrastrukturun qurulmasına hazırlanacaq və dəmir beton bloklarından ibarət növbəti stansiya yolu olacaq. Bundan başqa, tunellərdə də gücləndirmə işləri davam etdirilir", - deyə B. Məmmədov qeyd edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti