Efiopiyada Afrikanın ən böyük aeroportu tikiləcək

17-01-2020, 16:25
Oxunub: 30
Ökə rəhbərliyi bu yeni infrastruktur layihəsi ilə qitədə ən gəlirli milli aviadaşıyıcısı olan "Ethiopian Airlines" şirkətini dəstəkləyəcək.


Efiopiya dəyəri 5 mlrd. ABŞ dolları olan Afrikanın ən böyük hava limanının inşasına başlamağı planlaşdırır.

Ökə rəhbərliyi bu yeni infrastruktur layihəsi ilə qitədə ən gəlirli milli aviadaşıyıcısı olan "Ethiopian Airlines" şirkətini dəstəkləyəcək.

Aviaşirkətin baş icraçı direktoru Tevolde Qebremariamın yerli mediaya verdiyi məlumata görə, Əddis-Əbəbədəki Bole beynəlxalq hava limanından 70 km məsafədə yerləşən yeni aeroport ildə 100 milyona qədər sərnişinə xidmət edə biləcək. Hava limanı sərnişin dövriyyəsinə görə Avropanın ən məşğul aeroportu sayılan Hitrou (London) hava limanından da çox olacağı gözlənilir. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti