Anadolu Agentliyinin Qahirə ofisinin Türkiyə vətəndaşı olan əməkdaşı ölkəsinə qayıdıb

17-01-2020, 11:23
Oxunub: 23
BMT başda olmaqla bir çox beynəlxalq təşkilat bu hadisəni pisləyib


Misirdə Türkiyənin “Anadolu” Xəbər Agentliyinin (AA) Qahirə ofisində həbs edilib dünən azadlığa buraxılan Hilmi Balçı bu sabah Türkiyəyə qayıdıb. 

AA-nın Qahirə Ofisinin maliyyə və idarəetmə işləri üzrə məsul şəxsi Hilmi Balçı bildirib ki, həbsdən buraxılmasında başda Türkiyə Prezidenti olmaqla bir çox rəsmi qurumların dəstəyi olub. Şenol Kazançı AA əməkdaşlarının həbsini beynəlxalq hüquqa zidd hesab etdiyini və bununla əlaqədar lazım olan tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, yanvarın 14-də Misirdə polis əməkdaşları AA-nın Qahirə ofisində əməliyyat keçirib, agentliyin 4 əməkdaşı naməlum istiqamətə aparılıb. Əməkdaşları terrorla əlaqədə ittiham etməklə polis ofisdəki təhlükəsizlik kameraları və interneti qapamaqla orada araşdırma aparıb. 

BMT başda olmaqla bir çox beynəlxalq təşkilat bu hadisəni pisləyib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti