Təxminən 20 min insan zəlzələlərə görə evini tərk edib

17-01-2020, 19:30
Oxunub: 37
Bu barədə Puerto-Riko hakimiyyəti bildirib.


Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub.

Bu barədə Puerto-Riko hakimiyyəti bildirib.

Qeyd edək ki, Karib dənizində-bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib.

Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarında yerləşdirilib.

 
E.Roman, həmçinin 3,5 min insanın hələ də elektrik enerjisindən məhrum olduğunu deyib.(Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti