ABŞ İran generalına sanksiya tətbiq edib

17-01-2020, 20:11
Oxunub: 61
Buna səbəb generalın İranda etirazların qarşısını kobud şəkildə almasıdır


ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edib.

Buna səbəb generalın İranda etirazların qarşısını kobud şəkildə almasıdır.

ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi elçisi Brayan Huk keçirdiyi brifinq zamanı bildirib ki, bu gün ABŞ etirazçıların hüquqlarını kobudluqla pozmaqda təqsirkar olan SEPAH-ın generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edir: "O, 2019-cu ilin noyabr ayında 146 dinc iranlının ölümünə məsuliyyət daşıyır. Bizim hərəkətlərimiz İran vətəndaşlarından aldığımız məlumatlar sayəsində mümkün olub. İranlılardan 88 mindən artıq bu barədə məlumat almışıq”. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti