Parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin xəbərdar edilməsi prosesi başa çatır

14-01-2020, 17:18
Oxunub: 44
Növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.


Milli Məclisə növbədənkənar seçkiləri ilə bağlı məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi bu gün başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 15-dək olan dövrü əhatə edir.

Növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti