Çin ticarət anlaşması çərçivəsində 200 milyard dollarlıq ABŞ malları alacaq

14-01-2020, 14:34
Oxunub: 45
sazişin yanvarın 15-də Ağ Evin Şərq salonunda ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət Şurasının baş katibinin müavini Lyu Henin iştirakı ilə imzalanacağı gözlənilir.


Bu həftə Vaşinqtonda ABŞ və Çin arasında imzalanacaq ticarət sazişinin birinci mərhələsində Pekinin iki il ərzində dörd sahə üzrə 200 milyard dollar dəyərində Amerika mallarını almaq öhdəliyi haqqında bənd var.

“Sənəddə 75 milyard dollar həcmində sənaye mallarının satın alınmasından bəhs edilir. Eyni zamanda Çin tərəfi 50 milyard dollara enerjidaşıyıcıları almalı, kənd təsərrüfatı məhsullarının idxalı üçün 40 milyard dollar və xidmət sektoru üçün isə 35-40 milyard dollar xərcləməli olacaq”, - “South China Morning Post” qəzeti bir neçə mənbəyə istinadən yazıb.

Qeyd edək ki, sazişin yanvarın 15-də Ağ Evin Şərq salonunda ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət Şurasının baş katibinin müavini Lyu Henin iştirakı ilə imzalanacağı gözlənilir.

Vaşinqton və Pekin ticarət sazişinin birinci mərhələsi barədə ötən il dekabrın 13-də razılığa gəlib. Saziş ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi rüsumların azaldılmasını və ABŞ-ın Çinlə ticarətdəki kəsirinin azaldılmasını ehtiva edir. Razılaşma ərəfəsində ABŞ tərəfi bazar ertəsi Çinin valyuta manipulyatorları siyahısından çıxarılması barədə qərarını elan edib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti