Gürcüstanda azərbaycanlılar və svanlar arasında kütləvi dava olub, xəsarət alanlar var

14-01-2020, 14:18
Oxunub: 72
Bu barədə yerli mətbuat məlumat yayıb.


Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bir neçə gün öncə baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.

Şahidlərin sözlərinə görə, fikizi qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir.

Faktla bağlı Tetritskaro Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti