Sürücülərdən rüşvət alan polis işdən qovulub

14-01-2020, 11:58
Oxunub: 43
Bu barədə xəbəri ilk unikal.org saytı yayıb.


Yük avtomobilləri sürücülərindən rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb.

Bu barədəBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu bildirilib.

Bu barədə xəbəri ilk unikal.org saytı yayıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti