Xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır"

14-01-2020, 11:21
Oxunub: 91
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.


“Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“İnanırıq ki, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır.

Sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırırıq. Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq”, - deyə o, qeyd edib.

“Sizin xüsusi tapşırığınız kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Bunun yolunu biz qeyd etdiyimiz klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz kiçik və orta sahibkarlığın, xüsusi olaraq qadın və gənclər sahibkarlığının dəstəklənməsi alətlərində görürük. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük.

2020-ci ilin dövlət investisiya proqramı Sizin tərəfinizdən təsdiq olunub. Orada bizim əsas çağırışımız ondan ibarətdir ki, mövcud və başlanılmış layihələrin həcmi ilə əlimizdə olan resursların həcmini düzgün dəyərləndirərək növbəti illər üçün dövlət sərmayələrinin səmərəliliyini artıraq. Amma yenə də başlıca vəzifə kimi nəzərə alsaq, müasir dünya daha müasir məhsulları ortaya çıxarmağı tələb edir. Bu da öz növbəsində texnologiyalar tələb edir. Bu məsələlərin həllini xarici və yerli investorların, özəl investorların, bu texnologiyaya sahib olan investorların ölkəmizə cəlb edilməsində və dövlətin orada daha çox dəstəkləyici rolunun təmin edilməsində görürük”, - deyə M.Cabbarov əlavə edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti