Azərbaycan ən çox şərab ixrac edən ölkələrin reytinqində yer alıb

13-01-2020, 12:20
Oxunub: 39
Qeyd edək ki, sözügedən reytinq 2018-ci ilin göstəriciləri əsasında hazırlanıb


Amerika Şərab İqtisadiyyatçıları Assosiasiyası (AAWE) dünyanın 60 ən böyük şərab ixracatçısı olan ölkələrin siyahısını tərtib edir.

"APA-Economics" xəbər verir ki, Azərbaycan siyahıda 7,7 mln. ABŞ dollarlıq şərab ixracı ilə Rusiyanı qabaqlayaraq 58-ci pillədə qərarlaşıb. Siyahının lideri isə 11,055 mlrd. dollarlıq şərab ixrac edən Fransa olub.

Siyahının ilk beşliyində İtaliya (7,369 mlrd. dollar), İspaniya (3,494 mlrd. dollar), Avstraliya (2,160 mlrd. dollar) və Çili (1,999 mlrd. dollar) yer alıb.

Qonşu Gürcüstan isə şərab ixracından əldə etdiyi illik 197 mln. dollarla siyahının 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sözügedən reytinq 2018-ci ilin göstəriciləri əsasında hazırlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti