Ordumuzda daha bir itki

20-06-2013, 11:46
Oxunub: 816


Azərbaycan Ordusunun əsgəri ölüb.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən "N " saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Anar Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti