Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentini təbrik edib

13-01-2020, 18:11
Oxunub: 91
Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib


Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Milanoviç, Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti