Azərbaycan Texniki Universitetində kadr dəyişikliyi olub

13-01-2020, 15:43
Oxunub: 114
Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib


Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

AzTU-nun Mətbuat xidmətindən verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.
 
Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti