Sabah ilin ilk Ay tutulması baş verəcək

9-01-2020, 18:29
Oxunub: 534
Təbiət hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə müşahidə olunacaq


Sabah ilin ilk Ay tutulması baş verəcək.

Təbiət hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə müşahidə olunacaq.

Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Təbiət hadisəsini adi gözlə müşahidə etmək çətin olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsi baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti