"ABŞ hücuma məruz qalsa, İrana qeyri-proporsional cavab verə bilər"

6-01-2020, 10:12
Oxunub: 132
Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün "Twitter"dəki səhifəsində paylaşıb.


ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional (uyğun olmayan) cavab verə bilər.

Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün "Twitter"dəki səhifəsində paylaşıb. 

"Sosial şəbəkələrdəki bu paylaşımlar ABŞ Konqresinə xəbərdarlığa xidmət edəcək ki, əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər. Belə rəsmi xəbərdarlıq nəzərdə tutulmur, amma o, bununla belə edilib", - deyə Tramp yazıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti