ABŞ-ın İraqdakı hərbi bazaları hücumla hədələnib

5-01-2020, 09:30
Oxunub: 118
Bu barədə sözügedən şiə qruplaşmasının xüsusi əməliyyatlar komandanının açıqlamasında bildirilib


 “Əl-Haşd əl-Şaabi” şiə qruplaşmasının üzvü Kataib Hizbullah ABŞ-ın İraqdakı hərbi bazalarına hücumla hədələyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sözügedən şiə qruplaşmasının xüsusi əməliyyatlar komandanının açıqlamasında bildirilib.

Qeyd edilib ki, İraq təhlükəsizlik qüvvələrinin müttəfiqləri bazar günü axşamdan etibarən ABŞ hərbi bazalarından ən azı bir kilometr məsafədə dayanmalıdırlar.

Xatırladaq ki, yanvarın 4-də Bağdadda xarici ölkə nümayəndəliklərinin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi əraziyə - “yaşıl zona”ya 3 raket mərmisi atılıb. İraq paytaxtının şimalında yerləşən ABŞ ordusu tərəfindən istifadə edilən Balad hərbi bazasına da atəş açıldığı bildirilib.  

Rəsmi mənbələr xəsarət alanların olmadığını bildirsə də, yerli media beş nəfərin yaralandığını yazıb
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti