Ruhani İraq parlamentinin ABŞ qoşunları ilə bağlı qərarını dəstəkləyib

5-01-2020, 23:59
Oxunub: 126
Dövlət başçısı bu qərarı əhəmiyyətli adlandırıb


İraq parlamentinin ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması zərurəti haqqında qərarı regionda sabitləşmənin başlanğıcıdır.

Bu barədə İran prezidenti Həsən Ruhani iraqlı həmkarı Berham Salehi ilə telefon danışığının gedişatında bildirib.

"İraq parlamentinin Amerika hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması qərarı regionda sabitləşmənin və daha təhlükəsiz vəziyyətin yaradılmasının başlanğıcıdır", - İran prezidenti deyib.

Dövlət başçısı bu qərarı əhəmiyyətli adlandırıb.

Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Qanunverici orqan eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasını bəyənib. Bununla da parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını dəstəkləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti